6 aprel 2026. Bazar ertəsi

Zirə Ağabala Ramazanovla yollarını ayırdı


  • Transfer
  • 20:18 31.05.2022
  • Oxunma sayı: 114
Zirə Ağabala Ramazanovla yollarını ayırdı
"Zirə” PFK Ağabala Ramazanovla yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
 
“Zirə” PFK göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, Ağabala Ramazanov 2020-ci ildən "Zirə"də çıxış edirdi. 
 
Təcrübəli forvardın "Səbail"ə keçməsi gözlənilir. O, qardaşı Zaur Ramazanovun hazırda məşqçi kimi çalışdığı "dənizçilər"lə anlaşıb. Futbolçu 2018/2019 mövsümündə də "Səbail"in formasını geyinib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi