- Transfer
- 23:54 22.11.2024
Rusiyanın "Krılya Sovetov" klubu millimizin futbolçusu Ramil Şeydayevlə yeni müqavilə məsələsini müzakirə edəcək.
Corner.az-ın RB nəşrinə istinadən verdiyi məlumata görə, Samara təmsilçisi 23 yaşlı hücumçu ilə danışıqlar masasına mayın sonlarında əyləşəcək. Şeydayevin hazırkı müqaviləsi məhz cari mövsümün sonunadək nəzərdə tutulub.
Bundan başqa, klub əslən azərbaycanlı yarımmüdafiəçi Aleksandr Səmədova bir və ya iki illik yeni müqavilə təklif edəcək. Bu, 35 yaşlı oyunçunun istəyindən asılı olacaq. Səmədovun özünün də hələ karyerasını davam etdirməkdə maraqlı olduğu bildirilir.
"Krılya Sovetov" rəsmisi Aleksandr Şikunov isə hazırda əsas məqsədlərinin Premyer Liqada qalmaqdan ibarət olduğunu bildirib. O, yeni müqavilə məsələlərinə məhz bu məsələni həll etdikdən sonra aydınlıq gələcəyini əlavə edib.
Qeyd edək ki, Ramil Şeydayevlə ötən yay 1 illik, Aleksandr Səmədovla isə bu qış yarım illik müqavilə bağlanılıb.