20 aprel 2026. Bazar ertəsi

Qaret Beyl Real'dan ayrıldı


  • Transfer
  • 13:28 01.06.2022
  • Oxunma sayı: 146
Qaret Beyl Real'dan ayrıldı

Uels millisinin futbolçusu Qaret Beyl İspaniyanın "Real Madrid" klubundan ayrılıb.

Corner.az xəbər verir ki, 32 yaşlı futbolçu bu barədə şəxsi "İnstaqram" hesabında yazıb.

Beyl "kral klubu"nda  heç vaxt unuda bilməyəcəyi nailiyyətlər qazandığını bildirib. Təcrübəli futbolçu, paytaxt təmsilçisində oynamaq fürsəti əldə etdiyi üçün klub prezidenti Florentino Peresə və İdarə Heyətinə təşəkkür edib.

Qeyd edək ki, 2013-cü ildən "Real Madrid"də çıxış edən Qaret Beyl 3 dəfə İspaniya La Liqasının, 5 dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub.







Transfer