"Milan”ın keçmiş sahibi, hazırda “Monza”nın prezidenti olan Silvio Berluskoni komandanın hədəfləri barədə danışıb. Corner.az xəbər verir ki, 85 yaşlı funksioner “Adana Dəmirspor”un hücumçusu Mario Balotelliyə təklif göndərdiyini etiraf edib:
“Monza” çox yaxşı bir heyətə sahibdir. Kaş ki, A Seriyasına çıxış etmək şansımız olaydı. Bu uğuru qeyd etmək gözəldir, lakin yeni gün bizi həm də gələcək haqqında düşünməyimizə vadar edir.
Komandanın bütün oyunçuları bir-biri ilə yaxşı anlaşır.
Balotelli? Onunla çox yaxşı dostuq. Uzun söhbət etdik və mənə yenidən bir yerdə çalışa biləcəyimizi dedi və mən də bizim komandaya keçməyini istədim”.