İngiltərənin “Mançester Yunayted” klubu daha bir futbolçusu ilə vidalaşıb. Corner.az xəbər verir ki, “qırmızı şeytanlar” Pol Poqbanın ardından Cessi Linqardla da yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, bu ayın sonunda müqaviləsi başa çatacaq 29 yaşlı futbolçu ilə yeni sözləşmə imzalanmayacağını vurğulanıb.
“Mançester Yunayted”in yetirməsi olan Linqard 2001-ci ildə bu klubun 9 yaşlarından ibarət komandasına qoşulub. 2014-də əsas komandada çıxış edən ingilis futbolçu bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub.