- Transfer
- 00:12 29.11.2024
İngiltərənin "Mançester Yunayted" klubu daha bir futbolçusu ilə yollarını ayırıb.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Xuan Matanın iyunun sonlarında başa çatacaq müqaviləsi uzadılmayıb.
34 yaşlı yarımmüdafiəçi komandanı azad agent qismində tərk edəcək.
Qeyd edək ki, Xuan Mata 2014-cü ildən "qırmızı-şeytanlar"da çıxış edirdi. Klub daha əvvəl Pol Poqba və Cesse Linqard ilə vidalaşıb.