29 noyabr 2024. Cümə

Levandovski boykot elan etdi


  • Transfer
  • 16:01 05.06.2022
  • Oxunma sayı: 171
Levandovski boykot elan etdi
Polşalı hücumçu Robert Levandovski “Bavariya”dan ayrılmaqda qərarlıdır. Corner.az “sport1”-ə istinadən xəbər verir ki, 33 yaşlı futbolçu karyerasını başqa klubda davam etdirmək niyyətindədir.
 
Levandovski Münhen klubunun rəhbərliyinə boykot elan edib. O, Almaniya klubu ilə şəxsən heç bir danışıqlar aparmayacağını bildirib.
 
Levandovskinin “Bavariya” ilə hazırkı müqaviləsi 2023-cü ilin ortalarına qədərdir. 
 
Levandovski ilə İspaniyanın iki nəhəng klubu "Real" və  “Barselona” yaxından maraqlanır.






Transfer