Türkiyənin "Ankaragücü" klubu "Qarabağ"ın futbolçusu Ovusu Kvabena ilə vidalaşıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə Super Liqasına vəsiqə qazanan komanda 25 yaşlı hücumçu ilə yanaşı, daha 10 oyunçusu ilə yollarını ayırıb. Klub həmin futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.
Bildirək ki, ötən mövsüm icarə əsasında "Ankaragücü"nün formasını geyinmiş Ovusu Kvabenanın "Qarabağ"la 2023-cü ilin yayınadək müqaviləsi var. O, Türkiyə 1-ci liqasında meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.