Futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli Rusiyanın “Torpedo” klubundan ayrılıb. Corner.az xəbər verir ki, bu barədə məlumatı qapıçı özü sosial media hesabında yazıb.
Hüseynli mart ayında “Torpedo”ya keçmiş və mövsümün sonuna qədər müqavilə imzalamışdı. Böyük ehtimalla o, bundan sonra yenə Azərbaycan çempionu “Araz”ın (Naxçıvan) uğurları üçün çalışmağa davam edəcək.