28 oktyabr 2024. Bazar ertəsi

Super Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi


  • Transfer
  • 20:00 06.06.2022
  • Oxunma sayı: 93
Super Liqa klubu baş məşqçisi ilə müqaviləni yenilədi
Türkiyənin “Sivasspor” klubu baş məşqçi Rza Çalımbayla müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
59 yaşlı mütəxəss daha bir il Sivas təmsilçisini çalışdırmağa davam edəcək. Tərəflərin sabah təşkil olunacaq tədbirdə rəsmi müqaviləyə imza atacaqları vurğulanıb.
 
Çalımbay 2019-cu ilin iyunundan “Sivasspor”a rəhbərlik edir.
 
Yeri gəlmişkən, “Sivasspor” yeni mövsüm üçün ilk transferini də rəsmiləşdirib. Sözügedən klub “Göztəpə”nin sağ cinah müdafiəçisi Murat Palulini heyətinə cəlb edib. 27 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
 
Super Liqa təmsilçisi öz oyunçularından Uğur Çiftçi ilə də yeni müqavilə bağlayıb. 30 yaşlı sol cinah müdafiəçisinin müqaviləsinin bitiminə hələ 1 il qalsa da, bu gün onunla 4 illik yeni sözləşmə imzalanıb.






Transfer