28 oktyabr 2024. Bazar ertəsi

Barselona onunla yollarını ayırır


  • Transfer
  • 20:10 06.06.2022
  • Oxunma sayı: 109
Barselona onunla yollarını ayırır
"Barselona” bu yay hücumçusu Martin Breytveytlə yollarını ayırmaq niyyətindədir. Corner.az xəbər verir ki, 30 yaşlı futbolçunun özü klubdan ayrılmaq istəmədiyi üçün danışıqlara qoşulmur.
 
Kataloniya təmsilçisi isə danimarkalı futbolçunun davranışından son dərəcə narazı olduğuna görə onun agenti ilə əlaqə saxlayıb. Agenti, Breytveyt danışıqları sabotaj etməyə davam edərsə, ona qarşı sərt sanksiyalar tətbiq olunacaq deyə xəbərdarlıq göndərilib.
 
Breytveyt 2021/22 mövsümündə La Liqada 4 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub.






Transfer