28 oktyabr 2024. Bazar ertəsi

Barselona'dan başqa heç bir təklifi düşünməmişəm


  • Transfer
  • 10:28 07.06.2022
  • Oxunma sayı: 124
Barselona'dan başqa heç bir təklifi düşünməmişəm

Polşalı hücumçu Robert Levandovski “Bavariya”dan ayrılaraq, “Barselona”ya keçmək istədiyini təsdiqləyib. Corner.az xəbər verir ki, 33 yaşlı futbolçu, Polşanın “Onet Sport” kanalına müsahibəsində istədiyi tək şeyin Münhen təmsilçisini tərk etmək olduğunu bildirib.

“Söhbət mənim ayrılmaq istəmədiyim puldan getmir. Həyatımda başqa hisslər yaşamaq istəyirəm. Məni sona qədər dinləmədilər. İçimdəm bir səs, mənim ayrılmağımın vaxtı olduğunu deyir və mən bundan çıxa bilmirəm. Əgər illərlə bir klubda oynayırsansa, hər zaman özünü hazır saxlayırsansa, zədələrə baxmayaraq hazırsansa və özünü yaxşı tərəfdən göstərmisənsə, məncə hər iki tərəf üçün ən yaxşı həll yolu tapmaq lazımdır və birtərəfli baxmamalıyıq. Bir neçə il burada oynadıqdan sonra belə bir xahişim olsa, başa düşərdim, amma belə bir yolu bitirdikdən sonra bu hörməti qazanmaq istəyirəm. Niyə klub məni zorla saxlasın? Hansı futbolçunun başına belə bir şey gələ biləcəyini görüb "Bavariya"ya  gəlmək istəyəcək ki? 8 ildir burdayam. Böyük insanlarla tanış oldum, böyük işlər gördük. İstəyirəm ki, yaddaşımda belə qalsın.Sədaqət və hörmət işdən daha vacibdir. Ən yaxşısı birlikdə həll yolu tapmaqdır. İçimdə bir şey öldü, həyatımda daha çox arzu tapmaq üçün “Bavariya”nı tərk etməliyəm. “Barselona”dan başqa heç bir təklifi nəzərə almadım. Mən “Bavariya”dan ayrılmaq istəyirəm, bu dəqiqdir” – deyə, Levandovski bildirib.

 







Transfer