"Mançester Siti”nin hücumçusu Qabriel Jesus karyerasını “Arsenal”da davam etdirməyə yaxındır. Corner.az xəbər verir ki, “topçular”ın rəhbərliyi 25 yaşlı futbolçunu klubun gələcəyi üçün vacib oyunçu olduğuna razı salıq.
Lakin “şəhərlilər”in braziliyalı futbolçu üçün tələb etdiyi 60 milyon avro məbləğ danışıqların bir qədərdə uzadır.
Jesus son mövsümdə “Mançester Siti”nin heyətində 41 oyuna çıxıb, 13 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2023-cü ilin iyununa qədərdir.