“Barselona” klubu oyunçuları üçün maaş limiti tətbiq etmək niyyətindədir. Corner.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Məlumatda, Kataloniya təmsilçisinin prezidenti Xuan Laporta komandanın futbolçularının gəlirlərini məhdudlaşdırmağı təklif etdiyi vurğulanıb. 59 yaşlı funksioner “Barselona”nın oyunçuları ildə 10 milyon avrodan çox qazanmamalı olduğunu bildirib.
Xəbərdə həmçinin “Bavariya”dan ayrılmaq istəyən polşalı hücumçusu Robert Levandovski “Barselona”ya keçəcəyi təqdirdə, ildə 9 milyon avro qazanacağı da diqqətə çatdırılıb.