“İnter”in baş məşqçisi Simone İnzaqi yaxın vaxtlarda klubla yeni müqavilə imzalayacaq. Corner.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Məlumatda, 46 yaşlı baş məşqçinin hazırkı müqaviləsi 2024-cü ilə qədər uzadılacağı və maaşının 4 milyon avrodan 5,5 milyon avroya yüksələcəyi bildirilir.
İnzaqi 2021-ci ilin yayında “İnter”in baş məşqçisi postuna keçib. O, “İnter”lə superkuboku və İtaliya kubokunu qazanıb.
İtaliyalı çalışdırıcının “İnter”lə hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatırdı.