1 avqust 2026. Şənbə

Şalke'nin yeni baş məşqçisi bilindi


  • Transfer
  • 16:54 07.06.2022
  • Oxunma sayı: 141
Şalke'nin yeni baş məşqçisi bilindi

Almaniya Bundesliqasına vəsiqə qazanan "Şalke"nin yeni baş məşqçisi bəlli olub.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, komanda Frank Kramerə həvalə olunub.

50 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. Alman çalışdırıcı bu postda Dimitrios Qrammozisi əvəzləyib.

Qeyd edək ki, "Şalke" bir illik fasilədən sonra Bundesliqaya yüksəlib.







Transfer