6 aprel 2026. Bazar ertəsi

Qvardioladan Levandovski açıqlaması


  • Transfer
  • 17:50 07.06.2022
  • Oxunma sayı: 146
Qvardioladan Levandovski açıqlaması
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Bavariya"nın hücumçusu Robert Levandovskinin “Barselona”ya mümkün transferini şərh edib. Corner.az xəbər verir ki, ispaniyalı mütəxəssis, 33 yaşlı futbolçunun istənilən kluba rahat uyğunlaşa biləcəyini bildirib:
 
“Əslində bunun necə olacağını söyləmək bir qədər çətindir, lakin Levandovski istənilən kluba ən qısa zamanda uyğunlaşa bilir. Bununla belə, mən bilmirəm ki, “Barselona” klubun maliyyə vəziyyətini nəzərə alaraq onu transfer edə biləcəkmi və “Bavariya” onun ayrılmasına icazə verəcəkmi”.
 
Daha əvvəl polşalı futbolçunun “Barselona” ilə ilkin razılıq əldə etdiyi bildirilirdi.
 
Qvardiola 2014-2016-cı illərdə Levandovski ilə birlikdə “Bayern”də çalışıb.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi