28 oktyabr 2024. Bazar ertəsi

Şerif baş məşqçisi ilə yollarını ayırdı


  • Transfer
  • 13:09 08.06.2022
  • Oxunma sayı: 120
Şerif baş məşqçisi ilə yollarını ayırdı

Ukraynalı mütəxəssis Yuri Vernidub Moldovanın "Şerif" klubunun baş məşqçi postunu tərk edib.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər arasında əməkdaşlığa qarşılıqlı razılıq əsasında son qoyulub.

"Şerif" 56 yaşlı mütəxəssisin Tiraspol təmsilçisinin tarixində daim qalacağını açıqlayıb və ona xidmətləri qarşılığında təşəkkür edərək, gələcək karyerasında uğurlar arzulayib.

Qeyd edək ki, Yuri Vernidub 2021/2022 mövsümündə "Şerif"i tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. İspaniyanın "Real Madrid", İtaliyanın "İnter" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandaları ilə mübarizədə qrup 3-cüsü olmağı bacaran klub mübarizəni Avropa Liqasının pley-off raundunda dayandırıb.







Transfer