28 oktyabr 2024. Bazar ertəsi

Burada xoşbəxt günlərim olub - Ağabala Ramazanov


  • Transfer
  • 17:20 08.06.2022
  • Oxunma sayı: 113
Burada xoşbəxt günlərim olub - Ağabala Ramazanov
“Səbail”in yeni transferi Ağabala Ramazanov açıqlama verib. Corner.az xəbər verir ki, hücumçu klubun mətbuat xidmətinə danışıb:
 
“Səbail”ə qayıtdığım üçün çox şadam. Burada xoşbəxt günlərim olub və birlikdə gözəl qələbələr qazanmışıq. Azarkeşlər ilə də münasibətim hər zaman əla olub.
 
Qarşıda bizi maraqlı çempionat gözləyir. Fikrimcə, 10 komanda ilə yarış daha gərgin və rəqabətli olacaq. Mövsümün başlamağını səbirsizliklə gözləyirəm”.






Transfer