28 oktyabr 2024. Bazar ertəsi

Şerif'dən ayrılan baş məşqçinin yeni iş yeri bilindi


  • Transfer
  • 17:31 08.06.2022
  • Oxunma sayı: 119
Şerif'dən ayrılan baş məşqçinin yeni iş yeri bilindi

Moldovanın "Şerif" klubundan ayrılan Yuri Vernidubun yeni iş yeri bəlli olub.

Сorner.az "Ua-football" nəşrinə istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis Ukrayna təmsilçisi "Krivbas"la müqavilə imzalamağa yaxındır.

Vernidub artıq Krivoy Roqda klub rəhbərliyi ilə görüşərək əməkdaşlığı müzakirə edib.

Qeyd edək ki, Yuri Vernidub 2021/2022 mövsümündə "Şerif"i tarixində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə çıxarıb. İspaniyanın "Real Madrid", İtaliyanın "İnter" və Ukraynanın "Şaxtyor" (Donetsk) komandaları ilə mübarizədə qrup 3-cüsü olmağı bacaran klub mübarizəni Avropa Liqasının pley-off raundunda dayandırıb.







Transfer