28 oktyabr 2024. Bazar ertəsi

La Liqa klubu Falkao ilə bağlı qərarını verdi


  • Transfer
  • 21:22 08.06.2022
  • Oxunma sayı: 113
La Liqa klubu Falkao ilə bağlı qərarını verdi
İspaniyanın “Rayo Valyekano” klubunun idman direktoru David Kobenyo kolumbiyalı hücumçu Radamel Falkaonun gələn mövsüm də bu komandada oynayacağını açıqlayıb. Corner.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi, bir neçə günə 36 yaşlı futbolçu ilə yeni müqavilə bağlanacağını deyib:
 
“O, gələn mövsüm komandamızda oynamağa davam edəcək. Bir neçə gündən sonra rəsmi açıqlama olacaq. Falkaonun anlaşmasında müqavilənin daha bir il uzadılması variantı var idi və biz bundan yararlandıq”.
 
Falkao 2021-ci ildə “Rayo Valyekano”ya keçib. 36 yaşlı kolumbiyalı ötən mövsüm La Liqada 22 matçda forma geyinib və 6 qol vurub.
 
Falkao əvvəllər “River Pleyt”, “Portu”, “Atletiko”, “Monako”, “Mançester Yunayted”, “Çelsi” və “Qalatasaray”da çıxış edib.






Transfer