28 oktyabr 2024. Bazar ertəsi

Neftçi Samir Abbasovla belə vidalaşdı - VİDEO


  • Transfer
  • 22:47 08.06.2022
  • Oxunma sayı: 123
Neftçi Samir Abbasovla belə vidalaşdı - VİDEO
"Neftçi” PFK-nın baş məşqçisi Samir Abasovla may ayının 31-də başa çatan müqavilənin müddətinin uzadılmamasına qərar verilib. Corner.az xəbər verir ki, klub göstərdiyi xidmətə görə təcrübəli mütəxəssisə təşəkkür edib, gələcək işlərində uğurlar arzulayıb.
 
2020-ci ilin noyabrından “Neftçi”ni çalışdıran Abasov 2020/2021 mövsümündə “ağ-qaralar”la Premyer Liqanın qalibi olub. Komandaya 8 ildən sonra Azərbaycan çempionluğunu yaşadan Abasov 2021/2022 mövsümündə gümüş medallar qazandırıb. 
 
“Neftçi” onun rəhbərliyi altında 61 rəsmi oyun keçirib. Bu matçlardan 32-si flaqmanın qələbəsi, 14-ü heç-heçə, 15-i isə məğlubiyyətlə başa çatıb.
 







Transfer