4 iyul 2026. Şənbə

Liverpul onunla yollarını ayırdı


  • Transfer
  • 14:35 09.06.2022
  • Oxunma sayı: 185
Liverpul onunla yollarını ayırdı

İngiltərənin "Liverpul" klubu futbolçusu Divok Origi ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçunun iyunun sonunda başa çatacaq müqaviləsi uzadılmayıb.

Belçikalı futbolçu komandanı azad agent qismində tərk edib.

Qeyd edək ki, 2014-cu ildən "Liverpul"da çıxış edən Divok Origi müxtəlif vaxtlarda Almaniya "Volfsburq"una və Fransa "Lill"inə icarəyə verilib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının və UEFA Çempionlar Liqasının qalibi olub.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır