6 aprel 2026. Bazar ertəsi

Premyer Liqa klubu milli üzvü ilə gücləndi


  • Transfer
  • 14:42 09.06.2022
  • Oxunma sayı: 127
Premyer Liqa klubu milli üzvü ilə gücləndi
İngiltərənin “Lids” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Avstriyanın “Zalsburq” klubunun müdafiəçisi Rasmus Kristenseni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. İngiltərə klubu Danimarka yığmasının üzvü üçün 10 milyon avroya ödədiyi iddia olunur.
 
Kristensen geridə qalan mövsümdə “Zalsburq”un heyətində 44 oyuna çıxıb, 10 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub. O, Danimarka yığmasında 6 oyun keçirib. Müdafiəçi daha öncə Danimarkanın “Midtyulland” və Niderlandın “Ayaks” klublarında da çıxış edib.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi