“Arsenal”dan ayrılan Aleksandr Lyakazett karyerasını karyerasını ölkəsinin Lion “Olimpik” klubunda davam etdirəcək. Corner.az Fransa klubunun rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə 3 illik müqavilə imzalanıb.
London klubu ilə müqaviləsinin müddəti başa çatan fransalı futbolçu Lion təmsilçisinə azad agent kimi keçib.
Fransa təmsilçisinin təcrübəli forvardı belə açıqlayıb: “Lyakazett bir çox klublardan təklif alsa da, o, yetişdiyi və böyük futbolçu olduğu “Olimpik”ə qayıtmağı seçib. Onun dönməsi son bir neçə ayda bizim əsas prioretimiz idi”.
Lyakazett 2017-ci ildə məhz Lion klubundan “Arsenal”a keçmişdi. Fransalı hücumçu “topçular”ın heyətində 206 oyunda 71 qol vurub və 36 məhsuldar ötürmə verib.