18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının sabiq üzvü David Qarayev Rusiyada klubunu dəyişib. Corner.az xəbər verir ki, 27 yaşlı hücumçu karyerasını “Torpedo”da davam etdirəcək. Bu barədə Moskva klubunun mətbuat xidməti məlumat yayıb.
“Torpedo” Rusiya 1-ci divizionunda mövsümü çempion başa vurub və Premyer Liqaya yüksəlib.
David Qarayevin son olaraq “SKA Xabarovsk”da çıxış edib. Onunla yanaşı, bu komandada azərbaycanlı hücumçu Kamran Quliyev də top qovurdu.