4 iyul 2026. Şənbə

Andrea Pirlo üçün Türkiyə iddiası


  • Transfer
  • 16:52 09.06.2022
  • Oxunma sayı: 143
Andrea Pirlo üçün Türkiyə iddiası
Türkiyənin “Fatih Karagümrük” klubu boş qalan baş məşqçi postuna Andrea Pirlonu gətirir. Corner.az xəbər verir ki, jurnalist Nikolo Skira bu barədə paylaşım edib.
 
43 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanması gözlənilir.
 
“Fatih Karagümrük” ötən mövsüm Türkiyə Super Liqasında 8-ci yeri tutub.
 
Pirlo 2021-ci ildə “Yuventus”un baş məşqçi postundan istefaya göndərildikdən sonra işsiz idi.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır