Portuqaliyalı mütəxəssis Leonardo Jardimin yeni iş yeri müəyyənləşib. Corner.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin “Şabab Əl-Əhli” komandasının "sükan"ı 47 yaşlı mütəxəssisə tapşırılıb.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. Tərəflər bir illik müqaviləyə imza atıblar.
Jardim son olaraq Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Hilal”ı çalışdırıb. O, daha önce “Monako”, “Olimpiakos”, “Beyra Mar” kimi komandalara rəhbərlik edib, Fransa və Yunanıstan çempionu olub.