4 iyul 2026. Şənbə

Braziliya klubu baş məşqçisini qovdu


  • Transfer
  • 10:57 10.06.2022
  • Oxunma sayı: 113
Braziliya klubu baş məşqçisini qovdu
Braziliyanın “Flamenqo” klubunun baş məşqçisi Paulo Souza istefaya göndərilib. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.
 
Baş məşqçi səlahiyyətlərini müvəqqəti olaraq U-20 komandasını çalışdıran Mario Xorxe icra edəcək. “Flamenqo”da bu posta Dorival Juniorun gətiriləcəyi gözlənilir.
 
Paulo Souza komandaya 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. Portuqaliyalı mütəxəssisin sözləşməsi 2023-cü ildə başa çatmalı idi.
 
“Flamenqo” cari mövsümdə A Seriyasında 10 turdan sonra 12 xalla 14-cü pillədə qərarlaşıb






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır