28 oktyabr 2024. Bazar ertəsi

Barselona De Yonqla vidalaşır


  • Transfer
  • 12:50 10.06.2022
  • Oxunma sayı: 107
Barselona De Yonqla vidalaşır
“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqla yollarını ayırmağa hazırlaşır. Corner.az xəbər verir ki, Kataloniya təmsilçisinin rəhbərliyi “Mançester Yunayted”in 25 yaşlı niderlandlı üçün təklifini sərfəli hesab edir.
 
İspaniya mətbuatının yazdığına görə, "qırmızı şeytanlar" yarımmüdafiəçi üçün 60 milyon avro və 20 milyon bonus təklif göndərib. De Yonq özü klubdan ayrılmaq istəməsə də, “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq onu razı sala bilər.
 
De Yonq ötən mövsüm kataloniyalıların heyətində 46 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.






Transfer