"Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç “Everton”la yeni müqavilə imzalayıb. Corner.az xəbər verir ki, 35 yaşlı qolkiper 2023-cü ilin yayına kimi Premyer Liqa klubunun uğurları üçün çalışacaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda, digər qapıçı Endi Lonerqana da yeni müqavilə təklif olunduğu vurğulanıb.
“Everton”un yeni müqavilə təklif etdiyi daha bir futbolçu – sağ cinah müdafiəçisi Conco Kenni isə komandada qalmaq istəməyib. O, özünü başqa komandada sınamaq istədiyini rəhbərliyə bildirib.
Xatırladaq ki, Asmir Beqoviç 2019/2020 mövsümünün birinci yarısını icarə əsasında “Qarabağ”da keçirib