28 oktyabr 2024. Bazar ertəsi

La Liqa prezidentinin Levandovski ilə bağlı açıqlaması qalmaqala səbəb oldu


  • Transfer
  • 21:23 10.06.2022
  • Oxunma sayı: 111
La Liqa prezidentinin Levandovski ilə bağlı açıqlaması qalmaqala səbəb oldu
İspaniya La Liqasının rəhbəri Xavyer Tebas “Bavariya”nın” hücumçusu Robert Levandovskinin “Barselona”ya keçidinə şübhə ilə yanaşır. Corner.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, 59 yaşlı funksioner, Kataloniya təmsilçisi 33 yaşlı  futbolçunu almaq gücündə olmadığını bildirib:
 
“Barselona”nın hazırda Levandovskini ala biləcək gücü yoxdur”.
 
Xəbərdə, polşalı hücumçunun çevrəsi Tebasın bu sözlərini təəccüblə qarşılayıblar.
 
Levandovski'nin agenti izahat almaq üçün Kataloniya klubunun prezidenti Xuan Laportaya zəng edib. Laporta agenti sakitləşdirsədə, La Liqa rəhbərinə çox qəzəbləndiyi və onun davranışını klubun transfer siyasətinə müdaxilə olduğunu vurğulayıb.
 
Daha sonra klub prezidenti klubun mətbuat xidmətinə kəskin açıqlama verib: “Bu, onun işi deyil. Bu, sadəcə “Barselona”ya zərər vermək istəyidir”.
 
Ötən mövsüm Levandovski bütün turnirlərdə “Bavariya”nın heyətində 47 oyunda 50 qol vurub və 7 məhsuldar ötürmə verib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.






Transfer