28 oktyabr 2024. Bazar ertəsi

Marselo Türkiyə klubu danışıqlar aparır


  • Transfer
  • 10:58 11.06.2022
  • Oxunma sayı: 110
Marselo Türkiyə klubu danışıqlar aparır

“Real Madrid”in müdafiəçisi Marselo karyerasını Türkiyədə davam etdirməyi planlaşdırır.

Corner.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.

33 yaşlı futbolçu Qətər, BƏƏ və Türkiyə klublarından təklif gəlib. Lakin onun üçün prioritet variant Türkiyə çempionatına keçməkdir.

Marselo 2007-ci ildən “Real Madrid”də çıxış edir. Onun klubla müqaviləsi 2022-ci ilin iyununda başa çatır.

Marselo kral klubunun heyətində 545 oyuna çıxıb, 38 qol vurub, 103 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer