28 oktyabr 2024. Bazar ertəsi

Liverpul onun üçün 80 milyon avro ödəyəcək


  • Transfer
  • 11:01 11.06.2022
  • Oxunma sayı: 120
Liverpul onun üçün 80 milyon avro ödəyəcək

Portuqaliyanın  “Benfika” klubunun hücumçusu Darvin Nunyes karyerasını “Liverpul”da davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə “A Bola” məlumat yayıb.

Məlumatda, Mersisayd təmsilçisi 22 yaşlı futbolçu üçün "Benfika ilə razılığa gəldiyi və bu transfer üçün qarşı tərəfə 80 milyon avro ödəyəcəyi vurğulanıb. Həmçinin bonus ödənişlərinin məbləği əlavə olaraq 20 milyon avro təşkil edə bilər.

Uruqvaylı futbolçunun özü “qırmızılar”la 2027-ci ilədək müddətə müqavilə imzalayacaq.

Nunyes ötən mövsüm “Benfika”nın heyətində 41 oyunda 34 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.







Transfer