6 aprel 2026. Bazar ertəsi

Sabah'da Maykl Essyen sürprizi


  • Transfer
  • 15:54 11.06.2022
  • Oxunma sayı: 151
Sabah'da Maykl Essyen sürprizi
Əfsanəvi qanalı futbolçu Maykl Essyen “Sabah”ın futbol akademiyasının qonağı olub. Corner.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
 
39 yaşlı futbolçu U-10 və U-12 komandalarının Bakı Olimpiya Stadionunda keçirilən məşqinə gələrək, azyaşlı futbolçulara sürpriz edib.
 
Görüş zamanı Essyen akademiyanın üzvlərinin suallarını cavablandırıb, onlara futbolda uğur qazanmaq üçün öz məsləhətlərini verib.
 
Daha sonra azyaşlı futbolçular arasında əyləncəli yarış keçirilib. Yarışın qalibi olan akademiyanın 2 futbolçusuna Essyenin imzalı forması hədiyyə edilib






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi