28 oktyabr 2024. Bazar ertəsi

Neftçi'nin istədiyi məşqçi ərəblərlə razılaşdı?


  • Transfer
  • 16:01 11.06.2022
  • Oxunma sayı: 118
Neftçi'nin istədiyi məşqçi ərəblərlə razılaşdı?
“Neftçi”nin baş məşqçi postuna namizədlərdən olan belaruslu Viktor Qonçarenko Səudiyyə Ərəbistanında çalışa bilər. Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin bu ölkənin adı açıqlanmayan klubu ilə yaxın günlərdə müqavilə imzalayacağı bildirilib.
 
“Neftçi”nin baş məşqçisi postuna digər namizəd isə “Şerif”dən ayrılan ukraynalı məşqçi Yuri Vernidubdur. Amma Vernidub da bir neçə gün əvvəl verdiyi açıqlamada ölkəsinə hücum edən Rusiya silahlılarına qarşı döyüşmək istədiyini, Ukraynadan ayrılmağı düşünmədiyini demişdi






Transfer