28 oktyabr 2024. Bazar ertəsi

Real növbəti transferini rəsmən açıqladı


  • Transfer
  • 21:24 11.06.2022
  • Oxunma sayı: 125
Real növbəti transferini rəsmən açıqladı
İspaniyanın “Real” klubu yay fasiləsində heyətini daha bir futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Madrid klubu Antonio Rüdigerdən sonra “Monako”nun yarımmüdafiəçisi Orelyen Tçuameni də transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin 22 yaşlı yarımmüdafiəçinin müqaviləsinin müddəti və digər detalları barədə məlumat verilməyib.
 
İspaniya mətbuatının yaydığı məlumata görə, “Real” fransalı futbolçu üçün 100 milyon avrodan çox pul ödəyib. Fransız oyunçu ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
 
Geridə qalan mövsümdə Tçuameni "Monako"nun heyətində 50 oyunda 5 qol vurub.






Transfer