"Barselona”nın prezidenti Xuan Laporta komandanın kapitanları klubun maliyyə böhranından çıxması üçün maaşlarını azaltmağa razılıq verdiklərini bildirib. Conrer.az xəbər verir ki, klub rəhbəri, həmin futbolçulara həmişə minnətdar olacaqlarını vurğulayıb:
“Barselona”nın dörd kapitanı var: Jerard Pike, Jordi Alba, Serxio Buskets və Serxi Roberto. Maaşlarının aşağı salınmasına razılaşmaqla “Barselona”ya yaraşanı etdilər. Biz həmişə onlara minnətdar olacağıq. Bu jest bizim üçün çox vacib idi. Bunu kapitanlardan başqa, heç kim etmədi”.
Kataloniya klubu ötən mövsümdə La Liqanı 73 xalla ikinci yerdə başa vurub.