4 iyul 2026. Şənbə

Halann Mançester Siti ilə müqavilə bağladı


  • Transfer
  • 15:33 13.06.2022
  • Oxunma sayı: 139
Halann Mançester Siti ilə müqavilə bağladı

Almaniyanın "Borussiya" (Dortmund) komandasının sabiq futbolçusu Erlinq Halann İngiltərənin "Mançester Siti" klubu ilə müqavilə bağlayıb.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, 21 yaşlı hücumçu kollektivə iyulun 1-dən qoşulacaq. Onun müqaviləsi 2017-ci ilin yayınadək qüvvədə olacaq.

Daha əvvəl "Mançester Siti"də Erlinq Halannın atası Alf-İnge Holann çıxış edib.  Norveçli futbolçu Dortmund "Borussiya"sının formasını 2020-ci ilin yanvarından geyinib. Bu müddətdə o, 89 qarşılaşmada 86 qol və 23 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Transfermarkt" Erlinq Halannın transfer məbləğini 75 milyon avro ilə qiymətləndirib.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır