“Yuventus”dan azad agent kimi ayrılan müdafiəçi Corco Kyellinin yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, 37 yaşlı futbolçu tezliklə rəsmi olaraq MLS-də mübarizə aparan “Los Anceles” klubuna imza atacaq. İtaliyalı futbolçu ABŞ klubunun bu barədə “Tvitter”dəki paylaşımına cavab da verib. O, karyerasını bu ölkədə davam etdirəcəyini təsdiqləyib.
Kyellini 2005-ci ildə “Fiorentina”dan 7,7 milyon avroya “Yuventus”a keçib. O vaxtdan bəri futbolçu Turin klubunda 559 oyun keçirib, 36 qol vurub və 25 məhsuldar ötürmə edib. O, “Yuventus”la 9 dəfə İtaliya çempionatının, 5 dəfə İtaliya kubokunun və superkubokunun qalibi, həmçinin 2006/2007 mövsümündə B Seriyasının çempionu olub.