Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu növbəti transferini rəsmiləşdirib. Corner.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də çıxış etdiyi Xorvatiya çempionu heyətini yarımmüdafiəçi Robert Lyubiçiçlə gücləndirib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Vyana “Rapid”indən transfer olunan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Bu transfer "Dinamo" klubuna 2 milyon avroya başa gəlib.
Lyubiçiç Xorvatiyanın 20 yaşadək futbolçulardan ibarət yığmasında 2 oyun keçirdikdən sonra Avstriya millisinə dəvət alıb. O, ötən mövsüm "Rapid"in heyətində 40 oyunda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.