4 iyul 2026. Şənbə

Fənərbaxça yeni transferini rəsmən açıqladı


  • Transfer
  • 20:11 13.06.2022
  • Oxunma sayı: 129
Fənərbaxça yeni transferini rəsmən açıqladı
Türkiyənin “Fənərbaxça” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi Braziliyanın “Santa Klara” klubunun hücumameylli yarımmüdafiəçisi Linkoln Enrikeni transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə bu transfer üçün “Santa Klara” ilə razılığın əldə olunduğu, futbolçunun tibbi yoxlanışdan keçmək və müqavilə bağlamaq üçün Türkiyəyə dəvət olunduğu diqqətə çatdırılıb.
 
Linkoln Enrike Braziliyanın “Qremio” klubunun yetirməsidir. O, bu klubda çıxış etdiyi dönəmdə Türkiyənin “Rizəspor” (2017/18) və Braziliyanın “Amerika Mineyro” (2018) komandalarına icarəyə də verilib. 2019-cu ildə yarımmüdafiəçi “Qremio”nu “Santa Klara”ya dəyişib.






Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır