"Qarabağ" klubunun futbolçusu Ovusu Kvabena karyerasını yenidən Türkiyədə davam etdirə bilər. Corner.az xəbər verir ki, "Sakaryaspor" 25 yaşlı hücumçu üçün Ağdam klubuna təklif göndərib.
Cavabın bu həftə ərzində veriləcəyi gözlənilir. 1-ci Liqaya vəsiqə qazanan komanda qanalı forvardı icarə əsasında və ya birdəfəlik heyətinə qatmaqda maraqlıdır.
Qeyd edək ki, ötən mövsüm icarə əsasında "Ankaragücü"nün formasını geyinmiş Ovusu Kvabenanın " "köhlən atlar"la 2023-cü ilin yayınadək müqaviləsi var. O, 1-ci Liqada meydana çıxdığı 21 matçda 7 qol və 4 məhsuldar ötürmə edib.