- Transfer
- 00:12 29.11.2024
Almaniyanın "Borussiya" (Dortmund) klubundan ayrılan Marko Roze Türkiyədə işləyə bilər.
Corner.az "Fanatik"ə istinadən xəbər verir ki, "Qalatasaray" klubunun yeni rəhbərliyi 45 yaşlı mütəxəssislə danışıqlar aparıb.
Nəşrin iddiasına görə İstanbul təmsilçisinin "sükan"ı arxasına keçməsi üçün almaniyalı baş məşqçi ilə razılıq əldə olunub. Rozenin bu postda ispaniyalı Domenek Torreni əvəzləyəcəyi gözlənilir. Bildirilib ki, baş məşqçi ilə bağlı yekun qərarı klubun yeni prezidenti Dursun Özbək verəcək.
Qeyd edək ki, Marko Roze 2021/2022 mövsümündə "Borussiya"da işləyib.