28 oktyabr 2024. Bazar ertəsi

Liverpul yeni transferini rəsmən açıqladı


  • Transfer
  • 10:33 15.06.2022
  • Oxunma sayı: 89
Liverpul yeni transferini rəsmən açıqladı
 “Benfika”nın futbolçusu Darvin Nunesin “Liverpul”a keçidi rəsmiləşib. Corner.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun rəsmi saytı məlumat yayıb.
 
22 yaşlı hücumçu ilə 6 illik müqavilə imzalanıb. Britaniya mətbuatı "Liverpul"un uruqvaylı futbolçu üçün qarşı tərəfə 100 milyon avro ödəyəcəyini yazıb.
 
Nunes ötən mövsüm Portuqaliya çempionatında 28 oyuna çıxıb, 26 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.






Transfer