28 oktyabr 2024. Bazar ertəsi

Dani Alveş Barselona'dan ayrıldığını açıqladı


  • Transfer
  • 23:59 15.06.2022
  • Oxunma sayı: 105
Dani Alveş Barselona'dan ayrıldığını açıqladı

Braziliyalı müdafiəçi Daniel Alveş “Barselona”dan ayrıldığını açıqlayıb.

Corner.az-ın məlumatına görə, bu barədə 39 yaşlı futbolçu sosial şəbəkə hesabında yazıb.

“Vidalaşmağın vaxtı gəldi. 8 il idi bu kluba, bu rənglərə və bu evə həsr etmişəm... Amma həyatda hər şey kimi illər keçir, yollar ayrılır, hekayələr yenidən yazılır. Məni qovmağa çalışdılar, amma bacarmadılar, çünki nə qədər dözümlü və mətanətli olduğumu təsəvvür edə bilməzsiniz”, - Alveş qeyd edib 

Bildirək ki, Daniel Alveş iyunun 30-da başa çatacaq müqaviləsinin sonunda azad agent kimi ayrılacaq.

O, ötən mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

D.Alveş 2021-ci ilin noyabrında Kataloniya klubuna qayıdıb. O, daha əvvəl 2008-2016-cı illərdə “Barselona”da çıxış edib.







Transfer