28 oktyabr 2024. Bazar ertəsi

Fənərbaxça daha 2 futbolçu ilə gücləndi


  • Transfer
  • 00:38 16.06.2022
  • Oxunma sayı: 111
Fənərbaxça daha 2 futbolçu ilə gücləndi
Türkiyənin “Fənərbaxça” klubu heyətini daha iki futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, İstanbul təmsilçisi Niderlandın PSV klubunun yarımmüdafiəçisi Brumanı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı vinger qarşıdakı mövsümün sonuna kimi icarə əsasında Türkiyə klubunda çıxış edəcək.
 
Portuqaliyalı futbolçu 2019-cu ildən PSV-də çıxış edir. Bruma 2020/21 mövsümündə Yunanıstanın “Olimpiakos” klubunda da icarədə oynayıb. “Sportinq”in yetirməsi olan oyunçu, 2013-2017-ci illər aralığında “Qalatasaray”ın da uğurları üçün çalışıb.
 
“Fənərbaxça” Serbiyanın “Partizan” klubunun yetirməsi Ensar Brahiçi də transfer edib. Klubdan verilən məlumata görə, 18 yaşlı futbolçu azad agent kimi transfer olunub. Serbiyalı futbolçu qarşıdakı mövsümü klubun U-19 komandasında keçirəcək.
 
Xatırladaq ki, “Fənərbaxça” bu iki oyunçudan öncə Portuqaliyanın “Santa Klara” klubundan Linkoln Enrikeni transfer etmişdi. 23 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. İstanbul təmsilçisi braziliyalı futbolçu üçün Portuqaliya klubuna 3.5 milyon avro ödəyəcək.






Transfer