İspaniyanın "Barselona" klubu heyətinə yeni futbolçu qatıb. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Rasinq"in 19 yaşlı yarımmüdafiəçisi Pablo Torreni transfer edib. 19 yaşlı futbolçu ilə müddəti 2026-cı ilə qədər olan müqavilə imzalanıb. İspan oyunçunun transferi "Barselona"ya 5 milyon avroya başa gəlib.
Son mövsümdə İspaniya Sequndasında 11 matça çıxan Torre 1 qol vurub.