- Transfer
- 00:12 29.11.2024
FIFA "Neftçi"nin sabiq futbolçusu Harramiz Soaresin "ağ-qaralar"a qarşı şikayətini təmin etməyib.
Bu barədə klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Rüstəm Allahverdiyev açıqlama verib.
Onun sözlərinə görə, San-Tome və Prinsipidən olan 32 yaşlı yarımmüdafiəçinin iddiası əsassız olduğu üçün paytaxt təmsilçisinin xeyrinə qərar qəbul olunub.
Allahverdiyev, həmçinin, Tunisin "Esperans" klubundan FIFA-ya şikayət etdiklərini, sabiq futbolçuları Sabir Buqrinin keçidi üçün təzminat ödənilmədiyindən qarşı tərəfə transfer qadağası qoyulduğunu təsdiqləyib.
Qeyd edək ki, "Neftçi" Harramiz Soareslə yollarını yanvarın 21-də ayırıb. Bundan sonra futbolçu FIFA-ya müraciət edərək, ona təzminat ödənilməli olduğunu bildirib.(report)