4 iyul 2026. Şənbə

Polşa klubunu Qarabağ'la oyuna çıxaracaq baş məşqçi bilindi


  • Transfer
  • 12:20 16.06.2022
  • Oxunma sayı: 126
Polşa klubunu Qarabağ'la oyuna çıxaracaq baş məşqçi bilindi

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Polşa "Lex"inin yeni baş məşqçisi bəlli olub.

Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, sözügedən komandanın "sükan"ı Con van den Broma tapşırılıb. 55 yaşlı mütəxəssisin yaxın günlərdə Poznan təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı bildirilib.

Niderlandlı çalışdırıcı, "Lex"in baş məşqçisi kimi debütünü Ağdam klubuna qarşı ev oyununda gerçəkləşdirəcək.

Qeyd edək ki, "Qarabağ" ilk matçını 5-6 iyulda səfərdə, cavab görüşünü 12-13 iyulda evdə keçirəcək.







Transfer

Çemberlen “Seltik”də qalır
  • Transfer
  • 01:09 04.07.2026
Çemberlen “Seltik”də qalır